Diskalkuliya

14Dek, 2021
Diskalkuliya nədir?
Diskalkuliya (F81.2) – riyaziyyat fənnini öyrənməklə əlaqədar qabiliyyətin pozulmasıdır. Diskalkuliya “riyazi disqrafiya” da adlanır. Hamımıza tanış olan məşhur bir ifadə var: riyaziyyat bütün elmlərin açarıdır və bütün qruplarda olduğu üçün hazırlıq zamanı hər kəs riyazi bacarıqlarının inkişafı istiqamətində çox çalışır. Bu mövzu sizə də maraqlıdırsa sona qədər oxumanızı tövsiyə edirik.
Diskalkuliya üçün simptomlar
• Rəqəmləri saymaqda çətinliklər
• Rəqəmləri tanımamaq
• Ölçmə qabiliyyətinin olmaması
• Rəqəmsal simvolların tanınmaması
• Rəqəmlərin səhv yazılması
• Həndəsə fiqurlarını tanımaqda çətinliklər
Diskalkuliyanın səbəbləri
Diskalkuliyanın səbəbləri müxtəlif ola bilər. Buraya, əsasən, aşağıdakılar daxildir:
• İrsi faktorlar, genetik xəstəliklər
• Öyrənməkdə mənfi təcrübələr
• Ümumi psixoloji amillər: ailənin fiziki və ya emosional istismarı, sərt avtoritar tərbiyə metodları və s.
• Üzvi beyin zədələnməsi
• Beyində neoplazmalar
• Neyroinfeksiya
Diskalkuliyanın korreksiyası
Diskalkuliyanın korreksiyası ilə ən çox loqopedlər məşğul olurlar. Hazırlıq prosesindən əvvəl loqopedlər hesablamağı öyrədən, eyni zamanda uşağın nitqini və təfəkkürünü, vizual, hesablama qabiliyyətlərini inkişaf etdirən xüsusi oyun, çalışma və məşqlər hazırlayırlar. Bu proses riyazi terminləri, onların mənalarını və düzgün istifadəni öyrənməklə paralel olaraq uşaqların lüğət ehtiyatını genişləndirməklə həyata keçirilir.
Siz də riyaziyyat fənni ilə əlaqədar problemlərlə üzləşirsinizsə loqoped xidmətimizə müraciət edə bilərsiniz!
Heydər Əliyev prospekti, 30-cu məhəllə, köhnə bazarın yanı (Xırdalan Tibb Mərkəzi ilə üzbəüz)
(012) 599 16 06
(077) 598 16 06
(070) 590 16 06
(077) 590 16 06
No comment yet! You will be the first to comment.


