Online imtahan şagirdlərin və tələbələrin biliklərinin yoxlanılması məqsədilə saytımız üzərindən həyata keçirilir. Online sınaq imtahanında istifadə edilən suallar filiallarımızda təşkil olunan imtahanlar kimi Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi proqram əsasında hazırlanılır. Bu imkan verir ki, imtahanda iştirak edənlər, o cümlədən abituriyentlər biliklərini inkişaf etdirmək üçün çətinlik çəkdikləri hissələri asanlıqla müəyyənləşdirə bilirlər. Qəbul imtahanında yüksək bal toplamaq istəyən abituriyentlər üçün əla fürsətdir. Missiya Təhsil Şirkəti tərəfindən təşkil edilən online sınaq imtahanı sizlərin müxtəlif hədiyyələr və təltifnamələr qazanmağınıza da şərait yaradır. Hədiyyələr və təltifnamə qazanmaq üçün keçid balları ilə tanış olmaq üçün müvafiq imtahanın qaydaları hissəsində ətraflı qeyd edilir. Qeyd edək ki, hədiyyələri və təltifnaməni əldə etmək üçün qeydiyyat məlumatları düzgün doldurulmalıdır. Aşağıdakı siniflərdən sizə uyğun olan birini seçib keçid edərək imtahana başlaya bilərsiniz.


