13-15 yaşlı uşaqlar üçün intellektual yarışma 9 Comments 27Fev, 2023 Share Missiya Təhsil Şirkəti tərəfindən təşkil edilən onlayn intellektual yarışma 1.Ümumilikdə bu imtahanda 20 sual mövcuddur. Suallar dünyagörüşü, məntiq mövzularını əhatə edir 2.İmtahan müddəti 30 dəqiqədir 3.İmtahanı tamamladıqdan sonra yazdığınız düz cavabların sayı ekranda görünəcək 4.Bütün suallar açıq tiplidir, variant yoxdur 5.Əgər düzgün cavab hər hansı ədəddirsə hərflə yazmaq olmaz (Məsələn: cavab 60 olarsa sadəcə 60 yazılmalıdır, hərflə altmış yazmaq olmaz) 6.Sözlə olan bütün düzgün cavabların bütün hərfləri böyük hərflə yazılmalıdır (Məsələn: cavab kompüter olmalıdırsa KOMPÜTER şəklində yazılmalıdır) 7.Hərf səhvləri olduğu halda həmin sualın cavab səhv kimi nəzərə alınacaq, qeyd edək ki, yoxlama avtomatlaşdırılmış sistem vasitəsilə yoxlanılır 8.Əgər düzgün cavab 2 sözdən ibarətdirsə bu halda sözlər arasında yalnız bir dəfə boşluq qoyub digər sözü yazmaq olar (Məsələn: düzgün cavab ingilis dili olmalıdırsa İNGİLİS DİLİ şəklində qeyd edilməlidir 9.Düzgün cavablara sözün və ya söz birləşmələrinin düzgün yazılış formasından əlavə heç bir simvoldan istifadə etməyin Şagirdin ad, soyadı Telefon nömrəsi Email Zəhmət olmasa, doğrulamanı təsdiq etmək üçün gördüyünüz kodu olduğu kimi xanaya yazın. 1. Dünyanın əksər dillərində futbol sözü eyni cür səslənir. Onlar isə futbola, dilimizə təkmə kimi tərcümə olunan "Kalço" adını deyirlər. Söhbət kimlərdən gedir? 2. Onun 7 gözəl baleti ilk dəfə 1953-cü ildə teatrda göstərilib. Onun ad və soyadını yazın. 3. Qədim romada geniş yayılmış talion prinsipini ifadə edən cümlədə dişə-diş və ....? Nöqtələrin yerində yazılmalı olan digər prinsip nədir? 4. Şənbədən sonra ikinci gün, Tacikistanın paytaxtı olan bu şəhərin adının mənasıdır. Həmin sözü yazın. 5. İkinci dünya müharibəsində, Parisin mühasirəsi zamanı bu rəsm əsərini təcili yardım maşınında evakuasiya etmişdilər. Rəsm əsərinin adını yazın. 6. . Cavad xanın hakimiyyəti dövründə xanlığın bayrağında əks olunmuş simvollardan ibarət gerb 2004-cü ildən bu şəhərimizin rəsmi gerbi kimi qəbul edildi. Bu şəhərin adını yazın. 7. Bu sözün Türk dilindən mənası böyük, sıx, səfalı mənalarına gəlir. Buna görə də tədqiqatçılar həmin yerin adını səfalı bağ, böyük bağ kimi tərcümə edirlər. Həmin yerin adını yazın. 8. İnsan bədənində su ilə ən zəngin olan toxumanın adı nədir? 9. Damcılı mağarasının yerləşdiyi mağaranın adı nədir? 10. Yazıçı Uilbur Smithin əsərində bu çayı Misirin arteriyası adlandırırdı. Həmin çayın adını yazın. 11. Hindu Oqlala qəbiləsi ana torpağı yaralamamaq üçünə ilə məşğul olmurdular? 12. Bəzi meyvə və tərəvəzlər Fruktozanın təbii tədarükçüləridir. Amma fruktoza ən çox meyvələrdə deyil, həşəratların yaratdığı başqa bir faydalı məhsulda olur. Həmin məhsulun adını yazın. 13. Bu reklam posterində bir idman növünün pandemiya dövrü üçün ideal olduğu qeyd olunub.Maska mütləqdir, əlcəklərdən istifadə olunur. Əgər kimsə sənə 6 addımdan çox yaxınlaşsa onu yaralaya bilərsən. Həmin idman növünün adını yazın.? 14. 18-ci əsrdə usta Nəcəfqulunun düzəltdiyi samavarlar çox məşhur olub. O İsmayıllının buqəsəbəsində yaşayırdı. Həmin qəsəbənin adını yazın. 15. Amerikada kriminal ərazilərdə bəzi kafelərin sahibi gündüz vaxtı qarətçi və xuliqanların hücumlarından qorunmağın sadə və effektiv yolunu tapıblar. Üsul- pulsuz yemək və içki verilən masa ayırırlar. Bu masa kimlər üçün olur? 16. Orta əsr anatomları ilk dəfə daxili qulağın quruluşunu öyrənməyə başlayanda,burada o qədər də asan olmayan, müəkkəb qatmaqarışıq kanalların olması onları heyrətə gətirdi. Bəs bu kanalları anatomlar hansı tikilinin adı ilə adlandırmışdılar? 17. Hacıbəy Sultanov Mars və Yupiter arasındakı asteroidlərin mənşəyi ilə bağlı nəzəriyyənin müəllifidir. O, 1959-1981 ci illərdə Azərbaycanın bu məşhur rəsədxanasına rəhbərlik edib. Həmin rəsədxananın yerləşdiyi şəhərin adı nədir? 18. Bir Bizanslının dünya xəritəsində 4 çayın axdığı cənnət təsvir edilib. Qanq, Nil çayları. Digər ikisinin adını vergüllə arada boşluq qoymadan yazın. 19. İnsanlarda maksimal 46,5 , minimal isə 16 qeydə alınıb. Bəs normalda o neçə olmalıdır? 20. Bir cizgi filmində “gizlənqaç” oynayan hansı canlı dovşandan xahiş edir ki, yavaş və uzada-uzada saysın? Buraya rəy yaza bilərsiniz. Previous 9-cu sinif yay imtahanı Noyabr 23, 2022 Next 11-12 yaşlı uşaqlar üçün intellektual yarışma Fevral 27, 2023 13-15 yaşlı uşaqlar üçün intellektual yarışma üçün 9 şərh 0703371141 27 Fevral 2023 at 18:17 Cavabla 12345 Bəkirli İbrahim 27 Fevral 2023 at 16:50 Cavabla Məndə açılmır axı kodu yazın deyir kod yoxdur Salehov 27 Fevral 2023 at 16:40 Cavabla . Aysel 27 Fevral 2023 at 16:18 Cavabla Çətin Banu 27 Fevral 2023 at 16:08 Cavabla Alibanu Famil Əhmədov 27 Fevral 2023 at 15:47 Cavabla İnşallah yaxşı nəticə alacam Allahın izni ilə 🤲 Nüsrət 27 Fevral 2023 at 15:29 Cavabla Pulsuz sınaq Aişə 27 Fevral 2023 at 15:25 Cavabla Düşündürücü suallardir Əbmədov Natiq 27 Fevral 2023 at 15:24 Cavabla Kod gelmir Add Comment: Cancel ReplySizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir
13-15 yaşlı uşaqlar üçün intellektual yarışma üçün 9 şərh