11-12 yaşlı uşaqlar üçün intellektual yarışma 8 Comments 27Fev, 2023 Share Missiya Təhsil Şirkəti tərəfindən təşkil edilən onlayn intellektual yarışma 1.Ümumilikdə bu imtahanda 20 sual mövcuddur. Suallar dünyagörüşü, məntiq mövzularını əhatə edir 2.İmtahan müddəti 30 dəqiqədir 3.İmtahanı tamamladıqdan sonra yazdığınız düz cavabların sayı ekranda görünəcək 4.Bütün suallar açıq tiplidir, variant yoxdur 5.Əgər düzgün cavab hər hansı ədəddirsə hərflə yazmaq olmaz (Məsələn: cavab 60 olarsa sadəcə 60 yazılmalıdır, hərflə altmış yazmaq olmaz) 6.Sözlə olan bütün düzgün cavabların bütün hərfləri böyük hərflə yazılmalıdır (Məsələn: cavab kompüter olmalıdırsa KOMPÜTER şəklində yazılmalıdır) 7.Hərf səhvləri olduğu halda həmin sualın cavab səhv kimi nəzərə alınacaq, qeyd edək ki, yoxlama avtomatlaşdırılmış sistem vasitəsilə yoxlanılır 8.Əgər düzgün cavab 2 sözdən ibarətdirsə bu halda sözlər arasında yalnız bir dəfə boşluq qoyub digər sözü yazmaq olar (Məsələn: düzgün cavab ingilis dili olmalıdırsa İNGİLİS DİLİ şəklində qeyd edilməlidir 9.Düzgün cavablara sözün və ya söz birləşmələrinin düzgün yazılış formasından əlavə heç bir simvoldan istifadə etməyin Şagirdin ad, soyadı Telefon nömrəsi Email Zəhmət olmasa, doğrulamanı təsdiq etmək üçün gördüyünüz kodu olduğu kimi xanaya yazın. 1. Qədim Yunanıstanda 7 yaşına qədər baxıcılıq edən qul kişilər belə adlanırdı? 2. Onun 7 gözəl baleti ilk dəfə 1953-cü ildə teatrda göstərilib. Onun ad və soyadını yazın. 3. Məqalələrdə yazılır ki, dibində okean tipli yer qabığı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Lakin o göldür. Söhbət hansı göldən gedir?? 4. Bundan ilk dəfə 1-ci dünya müharibəsində fransız ordusu almanlara qarşı döyüşdə istifadə etmişdir. Son dövrlərdə isə iğtişaşlar zamanı geniş istifadə edilir. Söhbət nədən gedir? 5. Dünyanın ən uzun quru sərhədi qərb yarımkürəsində 2 ölkə arasındadır. Onlardan biri ABŞ-dır. Digər ölkənin adını yazın. 6. Bir Bizanslının dünya xəritəsində 4 çayın axdığı cənnət təsvir edilib. Qanq,Nil çayları. Digər ikisinin adını vergüllə arada boşluq qoymadan yazın. 7. 1933-cü ildə hansı rayonumuzda ipəkçi qəzeti çap olunmağa başlayıb? 8. Quşlar hər zaman yuvalarını yuvanın məhvolma ehtimalı ən az olan, təhlükəsiz yerlərdə qururlar. Bəs mərkəzi və Cənubi Amerikanın yarımsəhralarında quşlar öz yuvalarını hansı bitkinin gövdəsində qururlar? 9. Səhradakı zəngin qızıl yatağı haqqında danışan tədqiqatçı orada qızılı tapmağın nə tapmaqdan daha asan olduğunu bildirirdi? 10. İsa bulağının yerləşdiyi şəhərin adı nədir? 11. İnsanlarda maksimal 46,5 , minimal isə 16 qeydə alınıb. Bəs normalda o neçə olmalıdır? 12. Afrikada bu bitkinin meyvəsindən yerli sakinlər hər cür qab-qacaq hazırlayırlar. Bəs məşhur nağılda ondan hazırlanan nəqliyyat vasitəsinin adı nədir? 13. Bir cizgi filmində “gizlənqaç” oynayan hansı canlı dovşandan xahiş edir ki, yavaş və uzada-uzada saysın? 14. Amerikada kriminal ərazilərdə bəzi kafelərin sahibi gündüz vaxtı qarətçi və xuliqanların hücumlarından qorunmağın sadə və effektiv yolunu tapıblar. Üsul- pulsuz yemək və içki verilən masa ayırırlar. Bu masa kimlər üçün olur? 15. Orta əsr anatomları ilk dəfə daxili qulağın quruluşunu öyrənməyə başlayanda burada o qədər də asan olmayan, müəkkəb qatmaqarışıq kanalların olması onları heyrətə gətirdi. Bəs bu kanalları anatomlar hansı tikilinin adı ilə adlandırmışdılar? 16. Hacıbəy Sultanov Mars və Yupiter arasındakı asteroidlərin mənşəyi ilə bağlı nəzəriyyənin müəllifidir. O, 1959-1981 ci illərdə Azərbaycanın bu məşhur rəsədxanasına rəhbərlik edib. Həmin rəsədxananın yerləşdiyi şəhərin adı nədir? 17. Antarktidada bəzi göllər -30 dərəcə temperaturda donmurlar. Çünkü onların tərkibində bu maddə çoxdur. Həmin maddənin adı nədir? 18. Xudafərin körpüsü hansı rayonda yerləşir? 19. Hindu Oqlala qəbiləsi ana torpağı yaralamamaq üçün, nə ilə məşğul olmurdular? 20. Bəzi meyvə və tərəvəzlər Fruktozanın təbii tədarükçüləridir. Amma fruktoza ən çox meyvələrdə deyil, həşəratların yaratdığı başqa bir faydalı məhsulda olur. Həmin məhsulun adını yazın. Buraya rəy yaza bilərsiniz. Previous 13-15 yaşlı uşaqlar üçün intellektual yarışma Fevral 27, 2023 Next 9-10 yaşlı uşaqlar üçün intellektual yarışma Fevral 27, 2023 11-12 yaşlı uşaqlar üçün intellektual yarışma üçün 8 şərh Əhmədzadə Tuncay 28 Fevral 2023 at 19:47 Cavabla Suallar biraz məntiqə uyğun olsaydı yaxşı olardı, məntiqli bir sual görmədim mən burda. Tarixdən, coğrafiyadan sınaq idi bu.Bu qədər gələn dəfə nəzərə alın zəhmət olmasa məntiqli suallar salın sınağa 🤝 Feride 28 Fevral 2023 at 17:18 Cavabla hansi suallara duzgun cavab verdik? Nuray 28 Fevral 2023 at 14:26 Cavabla Aybəniz Lale 27 Fevral 2023 at 18:11 Cavabla Hansi suallara sehv cavab verdiyimizi nece bile bilerik Nezrin 27 Fevral 2023 at 16:27 Cavabla Kod yoxdu 0703371141 27 Fevral 2023 at 15:51 Cavabla Biləcəri Xəlilov Neman 27 Fevral 2023 at 15:48 Cavabla Salam Vahabzadə Röya 27 Fevral 2023 at 14:10 Cavabla Qazanmaq mənim üçün əsas deyil . Əsas odurki iştirak edib öz biliyimi yoxlayım. Amma qazansam pis olmazdı . İnşAllah qazanaram. Amin inşAllah. Add Comment: Cancel ReplySizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir
11-12 yaşlı uşaqlar üçün intellektual yarışma üçün 8 şərh