Dərsləri öyrənməyin 8 QIZIL QAYDASI

Dərsləri öyrənməyin 8 QIZIL QAYDASI
İstər abituriyentlər, istər məktəbəqədər yaşda olanlar, istərsə də digər hər kəs dərsləri öyrənərkən müəyyən çətinliklərlə üzləşirlər. İstənilən çətin dərsin öhdəsindən gəlmək çətin deyil, hətta çox asandır. Bu məqalədə yazılanları etsəniz sizin üçün öyrənmə prosesi çox asan olacaq və imtahanlarda yüksək nəticələr əldə edəcəksiniz. Gəlin ətraflı baxaq…
Kitabda qeyd edilən hər şeyi diqqətlə oxuyun və qeyd edilənləri beyninizdə canlandırmağa çalışın
Bütün əsas məqamları dəqiqliklə öyrənmək üçün hər bir cümləni diqqətlə oxumağınız vacibdir. Hər paraqrafı oxuduqdan sonra həmin paraqrafdan ümumi şəkildə nələr öyrəndiyinizi düşünün. Yazılan cümlələri beyninizdə görüntü olaraq təsəvvür edin. Bu halda həmin mövzu daha uzunmüddətli yadınızda qalacaq. Həmçinin real ətrafınızda baş verən hadisələrlə də əlaqələndirə bilərsiniz.
Mövzu haqqında internetdə araşdırma edin
Bugün internetin verdiyi imkanlar kifayət qədərdir. Sosial şəbəkələrdə, Google axtarış platformasında öyrənməyə çalışdığınız mövzuya dair araşdırma edin.
Başa düşmədiyiniz hissələri qeyd edin
Hansı hissələri başa düşmədinizsə uzun müddət onun üzərində düşünməyin. Qeyd edin və sonda yenidən baxın.
Çox yaxşı başa düşdüyünüz və başa düşmədiyiniz hissələr arasında əlaqə yaratmağa çalışın
Adətən bir mövzu daxillində bütün hadisələr bir-birilə əlaqəli olur. Bundan istifadə edərək çox yaxşı başa düşdüyünüz və başa düşmədiyiniz hissələr arasında əlaqə yaratsanız çətinliyiniz də aradan qaldırılacaq.
Qeyd etdiklərinizi araşdırın, dostlarınızdan, müəllimlərinizdən kömək istəyin
Qeyd etdiyiniz yerləri yenidən internetdə araşdırın. Mövzuya aid məqalələr oxuyun. Dostlarınızdan, müəllimlərinizdən sizə mövzunu izah etmələrini istəyin.
Mövzunu qısa başlıqlarla hissələrə ayırın və açar sözlər yaradın
Mövzunu hissələrə ayıraraq öyrənmək ən yaxşı texnikalardan biridir. Müvafiq başlıqlar şəklində hissələrə ayırın və öyrənin.
Dərsi hazırladığınız plan əsasında danışın və müəyyən tezlikdə təkrar edin
Dərsləri öyrənməyin 8 QIZIL QAYDASI barədə danışdıqda planlama və təkrarlama mərhələsini də unutmaq olmaz. Öyrəndikdən sonra dərsə aid hazırladığınız başlıqlara əsasən bir plan qurun. Planda əsas terminləri, hadisələri qeyd edə bilərsiniz. Unutmamaq üçün hər həftə və ya bir həftədən bir təkrarlaya bilərsiniz. Abituriyent qəbul imtahanlarına hazırlaşarkən ən çox hazırlanmış plan əsasında mövzuları təkrar etməlidir.
Mövzuya aid testlər edin
Xüsusilə, abituriyentlər üçün blok və ya buraxılış imtahanına hazırlaşarkən ən vacib qayda çoxlu testlər etməkdir. Müəllimlərinizin verdiyi tapşırıqlar və məsələhət əsasında bütün fənlər üzrə testlər edin. Testlər etmək sizin səhvlərinizi müəyyənləşdirir və aradan qaldırmaq üçün əhəmiyyətli vasitədir.
Məkətəbəqədər hazırlıq, abituriyent hazırlığı, buraxılış hazırlığı, ibtidai sinif hazırlığı, təməl hazırlığı (5,6,7,8-ci siniflər) və digər bütün hazırlıqlar üzrə dərslərimizdə ən güclü yaddaş texnikaları barədə məlumatlar şagirdlərə verilir. Ümummilikdə, hazırladığımız proqram əsasında nəticənizin uğurlu olacağına 100% zəmanət veririk. Hər bir abituriyent üçün blok və buraxılış imtahanları, digər siniflər üçün də müxtəlif ödənişsiz sınaq imtahanları təşkil edərək şagirdlərin bilik səviyyələri yoxlanılır. Zəif olduqları, çətinliklərin olduğu mövzular yenidən tədris edilir və təkmilləşdirilir. Nəticə olaraq sizi imtahana tam hazır göndəririk.
Bizi Instagram vasitəsilə izləyə bilərsiniz.



Dərsləri öyrənməyin 8 QIZIL QAYDASI üçün bir şərh