Magistratura ilə bağlı yenilik
Magistratura ilə bağlı yenilik
Magistratura ilə bağlı yenilik – 2024-cü ildən etibarən magistr olmaq istəyənlərin xarici dil üzrə yazı, həmçinin danışıq bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə məlumat verib. O, bildirib ki, “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bu barədə məlumat qeyd edib.

M.Abbaszadənin sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması həyata keçiriləcək. Həmçinin xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq: “Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.


